Rusiyada məktəbli qızlar üçün ayrıca idman dərsləri keçiriləcəkbackend

Rusiyada məktəbli qızlar üçün ayrıca idman dərsləri keçiriləcək

Rusiyada məktəbli qızlar üçün ayrıca bədən tərbiyəsi dərsləri keçiriləcək.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu dərslərdə qızlar özünümüdafiənin əsaslarını öyrənəcək.

Bununla bağlı sorğu Dövlət Dumasının Yeni Xalq Partiyasından olan deputatı Anna Skroznikova tərəfindən Təhsil Nazirliyinə göndərilib. Qeyd edək ki, partiyanın qadınları özünümüdafiə mövzusunda öyrətmək üçün xüsusi layihəsi var.

Sorğuda məktəblərdə, kolleclərdə 10-11-ci siniflər üçün bədən tərbiyəsi proqramlarına daxil olmaq üçün özünümüdafiə üsulları üzrə təlimlərin keçirilməsi üçün ayrıca blok/modulun hazırlanması imkanının nəzərdən keçirilməsi xahişi var.

Deputat qeyd edib ki, ailədə və cəmiyyətdə qadınlara qarşı zorakılıq halları getdikcə artır və əmlak və sosial vəziyyətindən asılı olmayaraq bütün qadınlara bu, mənfi təsir göstərir, ən həssas təbəqə isə azyaşlılar olaraq qalır.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlıları və qadınları müxtəlif zorakılıqlardan tam qoruya bilmirlər. Vəhşi hücumların və zorakılığın qurbanlarının əksəriyyəti hüquq-mühafizə orqanlarının onları zorakılıqdan qorumaq qabiliyyətinə inanmadıqları üçün sadəcə olaraq susurlar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*