Rusiyada metil spirtindən zəhərlənmə – Ölənlər varbackend

Rusiyada metil spirtindən zəhərlənmə - Ölənlər var

Rusiyanın Tümen şəhərində metil spirtindən kütləvi zəhərlənmə qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə İstintaq İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, 2022-ci il yanvarın 3-dən etibarən Tümen şəhərinin Stavropolskaya və Rijskaya küçələrində yerləşən pərakəndə satış obyektlərində bir neçə vətəndaşa lisenziyasız metil spirti satılıb.

“Sibir bulaqları” adlı spirtli içkinin təsirindən doqquz nəfər ölüb.

Məlumata görə, keyfiyyətsiz məhsul satan dörd nəfər artıq saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*