Rusiyada neft zavoduna dron hücumubackend

Rusiyada neft zavoduna dron hücumu

Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Volqoqrad quberniyasının mətbuat xidməti bildirib.

“PUA-nın Volqoqrad Neftayırma Zavodu ərazisinə düşməsi ilə detonasiyası nəticəsində alışma baş verib. Yanğınsöndürmə-xilasetmə qüvvələri çevik şəkildə işə başlayıblar – yanğın söndürülüb. İtki yoxdur”, – şəhər administrasiyasının teleqram kanalı qubernator Andrey Boçarovdan sitat gətirib. Onun sözlərinə görə, ötən gecə hava hücumundan müdafiə qüvvələri Volqoqrad ərazisinə PUA hücumunu dəf edib.

Qeyd edək ki, mayın 11-də Rusiyanın Belqorod şəhərinə endirilmiş zərbələr nəticəsində bir nəfər ölmüş, 29 nəfər yaralanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*