Rusiyada yük maşını avtobusla toqquşdu, ölən və yaralananlar varbackend

Rusiyada yük maşını avtobusla toqquşdu, ölən və yaralananlar var

Rusiya Federasiyasının Krasnodar vilayətində yük maşını ilə avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi yayıb.

Qeyd olunub ki, “MAN” markalı yük avtomobili “Yutong” markalı avtobusla toqquşub. Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanıb.

Vurğulanıb ki, sərnişin avtobusunda 49 sərnişin olub. Onların hamısı yanan maşından xilas ola bilib.

Lakin avtobusda olan 29 sərnişin, o cümlədən üç uşağa tibbi yardım göstərilib. Qəza nəticəsində yük maşınının sürücüsü dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*