“Moskvanın İrəvanla cənub nəqliyyat marşrutu məsələsini müzakirə etməsi Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcək”.
Bu fikirləri KONKRET.az-a şərh edən politoloq Rizvan Hüseynov deyib.
Onun sözlərinə görə, bu məsələ əvvəlcə üçtərəfli formada, yəni Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində müzakirə olunurdu. Lakin indi Bakı-İrəvan arasında birbaşa dialoq aparılır. Moskva isə həm Bakı, həm də İrəvanla ayrı-ayrılıqda təmas qurur.
“Əslində proseslərin ikitərəfli formatda davam etdirilməsi müsbət nəticələr vəd edir. Çünki regional və qeyri-regional ölkələr Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətini və öz maraqlarına uyğunluğunu anlayırlar. Bu ideyanı ilk dəfə 2020-ci ildən gündəmə gətirən də Rusiya idi. akin həmin vaxt bunu reallaşdıra bilmədi. İndi isə Bakı-İrəvan Vaşinqtonun vasitəçiliyi ilə bu istiqamətdə addımlar atırlar”, – deyə politoloq vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az