Rusiyadan ŞOK QƏRAR: İnternet “blokadası” başladıbackend

Rusiyadan ŞOK QƏRAR: İnternet “blokadası” başladı 

Rusiya mobil operatorları xaricdən qayıdan və ya 72 saat ərzində aktiv olmayan abonentlərin mobil internetini müvəqqəti olaraq bloklamağa başlayıblar.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, “Kommersant” nəşrinin məlumatına görə, belə hallarda istifadəçilər bir sutka ərzində nə mobil internetdən yararlana, nə də SMS göndərə bilirlər.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bu addımı “təhlükəsizliyin təmin olunması və pilotsuz uçuş aparatlarından müdafiə” məqsədi ilə izah edib. Qurum ilk 24 saatı “soyuqlaşma dövrü” adlandırıb.

Nazirliyin açıqlamasına görə, sim-kartın aktivləşdirilməsi üçün istifadəçi onun real şəxs tərəfindən istifadə olunduğunu təsdiqləməlidir.

photo_2025-11-10_20-22-41.jpg (101 KB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*