Rusiya NATO-nun postsovet ölkələrini öz sıralarına cəlb etmək cəhdlərini öz təhlükəsizliyinə təhdid və qəbuledilməznsayır.
KONKRET.az bildirir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Biz NATO-nun postsovet ölkələrini öz sıralarına cəlb etmək cəhdlərini qəbuledilməz hesab edirik. Bu cür cəhdlər özlüyündə təhlükəsizliyimizə təhlükə yaradır”, – Qaluzin bildirir.
Nəşr xatırladır ki, Alyans postsovet ölkələri, o cümlədən Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiqi olan Ermənistanla, eləcə də Ukrayna ilə əməkdaşlığı inkişaf etdirir.
Ermənistana gəlincə, Qaluzinin fikrincə, İrəvan üçün “ən etibarlı təhlükəsizlik təminatları” Rusiya ilə ikitərəfli sazişlər və KTMT çərçivəsində verilə bilər.
“Ermənistan təşkilatın üzvü olaraq qalır və KTMT-nin bütün təhlükəsizlik zəmanətləri ona şamil olunur”, – rusiyalı diplomat vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az