Rusiyadan WhatsApp-la bağlı QƏRAR: Meta ilə razılaşma olsa…backend

Rusiyadan WhatsApp-la bağlı QƏRAR: Meta ilə razılaşma olsa...

Meta şirkəti ilə danışıqlar uğurla başa çatarsa, messencerin fəaliyyəti Rusiyada yenidən bərpa oluna bilər.

KONKRET.az xəbər verir ki, Dmitri Peskov bildirib ki, messencerin fəaliyyətinin bərpası yalnız Meta Platforms şirkətinin Rusiya hakimiyyəti ilə dialoqa hazır olması və mövcud qanunvericiliyin tələblərinə əməl etməsi halında mümkündür.

Onun sözlərinə görə, qanunlara riayət edildiyi təqdirdə tərəflər arasında razılaşma əldə etmək imkanı yaranacaq.

Peskov vurğulayıb ki, qarşılıqlı əməkdaşlıq üçün əsas şərt şirkətin Rusiya qanunvericiliyinə hörmətlə yanaşmasıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*