“Ermənilər Ağdam yolundan istifadə etmək istəmirlər, çünki o zaman Azərbaycandan asılılıqlarını etiraf etməli olacaqlar”.
KONKRET.az xəbər verir ki, bu sözləri postsovet regionu üzrə ekspert, jurnalist Kirill Krivoşeyev Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində bildirib.
Krivoşeyevin sözlərinə görə, Laçına yolunun açılmasına nail olmaq üçün Ermənistan BMT Təhlükəsizlik Şurasına – nəzəri cəhətdən Bakını buna məcbur edə biləcək yeganə beynəlxalq struktura müraciət edib.
“Lakin Azərbaycan əmindir ki, öz ərazisində öz hüququ ilə hərəkət edir. Axı, əslində, Azərbaycanın keçid məntəqəsinin yerləşdiyi Laçın dəhlizi Azərbaycanın ərazisidir və onun üzərində öz qanunlarını müəyyən etmək hüququ var. Ağdam dəhlizində isə bundan da çoxdur”.”, – deyə rusiyalı ekspert vurğulayıb.
Krivoşeyev Qarabağdakı vəziyyəti Rusiya üçün çox çətin adlandırıb.
“Çünki 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yaradılmış “Laçın dəhlizi”nin fəaliyyət göstərməsinin təminatçısı kimi məhz Kreml çıxış edib. Amma hazırda Moskva heç nə edə bilməz. Ermənistanda təbii ki, bundan məyus olurlar və hesab edirlər ki, Rusiya Azərbaycanın Laçında qurduğu sərhəd zastavasının yığışdırılmasına nail olmalı idi”, – deyə ekspert əlavə edib.
Krivoşeyev hesab edir ki, Azərbaycan təşəbbüsü tamamilə öz əlinə alır.
Günel Mikayılova,
KONKRET.az
Lacın dəhlizini Rusiya artıq aça bilməz. Bunun üçün o, erməni tör-töküntülərini Qarabağdan çıxartmalıdır.
Əslində, o tör töküntü dediyimiz, gizli şəkildə təşkilatlanmış Pus ordisudur!
Rusiyanın reqionda tutduğu mövqedən asılı olmayaraq Azərbaycan ərazisində dəhliz deyə heç bur keçid məntəqəsi daimi ola bilməz, əgər Azərbaycan buna razı olmazsa. O zaman kompirimis sövdələşmə baş tutar ki, Zəngəzur dəhlizi bu yolun alternativi olsun . Baxmayaraq ki , həmin torpaqlarda əzəli bizim ulu babalarımızın məskəni olub !
Vətən sərhəddən başlayır,bunu hamı o cümlədən “əzabkeş”ermənilər də bilir.belə şıxır ki, qanmayanı qandırarlar dillə yox qapazla.