Rusiyalı güc strukturları miqrantlara qarşı təzyiqləri davam etdirir – Belə HƏBS EDİLDİLƏR (VİDEO)backend

Rusiyalı güc strukturları miqrantlara qarşı təzyiqləri davam etdirir - Belə HƏBS EDİLDİLƏR (VİDEO)

Moskva vilayətində Rusiya Qvardiyası və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində miqrasiya qanunvericiliyini pozan 15 xarici vətəndaş aşkarlanıb.

KONKRET.az xəbər verir ki, yoxlamalar Elektrostal şəhərində – “Fryazino” dəmiryolu stansiyasında və Mira küçəsində yerləşən ticarət mərkəzində aparılıb. Bu barədə məlumatı region üzrə Rosqvardiyanın mətbuat xidməti yayıb.

Aşkarlanmış şəxsləri cərimə və deportasiya gözləyir. Hazırda hüquq-mühafizə orqanları qeyri-qanuni miqrasiyanı təşkil edən kanalların təşkilatçılarının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində araşdırmaları davam etdirir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*