“Rusiyanı yalnız türklər və müsəlmanlar parçalaya bilər” – Cümşüd Nuriyevdən SENSASİON AÇIQLAMAbackend

“Rusiyanı yalnız türklər və müsəlmanlar parçalaya bilər” – Cümşüd Nuriyevdən SENSASİON AÇIQLAMA

Rusiyanı parçalamaq və onun dünya xəritəsindəki mövqeyini dəyişmək ABŞ və Qərbin ən birinci planıdır desək, yəqin ki, yanılmarıq. Zaman-zaman bu böyük imperiyanı parçalamaq eşqi ilə alışıb-yanan Qərb öz planını Rusiyada yaşayan azsaylı xalqların əli ilə həyata keçirməyə cəhd göstərib. Məsələn, Başqırdıstan vasitəsi ilə ölkədə etirazlar yaratmaq və bunu inqilaba çevirmək cəhdləri boşa çıxıb. Həmçinin Rusiya-Çeçenistan arasında iki dəfə müharibə baş verib ki, bu da imperiyanın parçalanmasına xidmət edən faktor kimi ortaya atılıb. Lakin göründüyü kimi, bütn planlar iflasa uğrayıb. Hazırda dünyada yeni düzənin formalaşdığı bir vaxtda Qərb yenidən öz hiyləgər planını həyata keçirməyə niyyətli görünür. Bu isə Rusiyanın hansı azsaylı xalqların əli ilə parçalana biləcəyi ehtimalını gündəmə gətirir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Rusiyanın demokratik xəritəsi nə qədər rəngarəng olsa da, əhalisi çox ölkələrdə azsayl xalqlar separatizmi həyata keçirə bilmir. Yəni buna imkan olmur: “Azsaylı xalqlar əhalisi aşağı olan ölkələrdə separatizm meyllərini asanlıqla gerçəkləşdirə bilirlər. Amma Rusiyada bunu artıq azsaylı yox, çoxsaylı xalqın əli ilə etmək istəyirlər. Bu da yeganə olaraq türklərin və müsəlmanların əli ilə mümkündür. Amma Rusiyada müsəlman olmayan türklərin sayı da həddindən çoxdur. Məsələn Yakutiya və Altay əhalisinin böyük hissəsi müsəlman olmayan büddist türklərdən ibarətdir. Ona görə bu dəfə Rusiyanı parçalamaq üçün Türk faktorunu seçiblər. Amma bu məsələni separatizmlə yox, inteqrasiya prosesi ilə həll etmək istəyirlər. Çünki münaqişə nəzəriyyəsinə görə, həmin xalqlar separatizmə meyl etsələr qanunvericiliklə onları məhv etmək mümkün olacaq. İnteqrasiya prosesinin özü bütövləşmə anlamına gəlsə də, xalqların birləşməsi və tamlaşması həmin dövlət üçün separatizmə bərabər bir məsələdir. Yəni Rusiyada tamamilə qeyri-adi bir variantdan istifadə olunur. Amma Kreml bunu yaxşı anlayır. Ona görə də, Rusiyanın baş verəcək hadisələrdən sığortalanmaq üçün ən rahat yolu həmin xalqlarla yaxşı münasibət saxlamasıdır”.

Cümşüd Nuriyev:“Azərbaycanda 5 minə qədər mikroallah yaşayır” » NUH  informasiya agentliyi

Politoloq əlavə edib ki, Rusiyada təxminən 15-17 faiz müsəlman olsa da, türk kökənli əhali 31 faiz təşkil edir: “Ona görə də, Kreml İslam Əməkdaşlıq Təşkilatına üzv olub və məşvərətçi səslə iştirak edir. Həmçinin Türk Dövlətləri Birliyinin fəaliyyətinə maneə yaratmır. Gələcəkdə Macarıstan kimi həmin təşkilatda məşvərətçi səslə iştirak edə bilər. Çünki Türk Dövlətləri Birliyinin nizamnaməsinə əsasən bu, açıq təşkilat hesab olunur. Kreml də özünə problem yaratmaq istəmir. Buna görə də, deyilən yollarla Rusiyanı parçalamaq mümkün olmayacaq. Bu ölkəni ancaq uzunmüddətli müharibəyə cəlb etmək və daxildəki çəkişmələri artırmaqla parçalamaq mümkündür. Bu zaman başqa xalqlar inqilabi meyllər haqda düşünəcəklər. Xüsusən də Rusiyanı türk və rus kökənli xalqlar qarışdıra bilər. Onlar üçün də ancaq inqilabi mühit yaratmaq lazımdır. Çünki yalnız sosial gərginlik inqilaba çevrilir. Sosial tələblər isə ehtiyacdan doğur. Rusiyada hazırda ehtiyaclı olanların sayı çoxalır. Ona görə də, bu ölkədə inqilab gözlənilən variantlardan biridir. Amma uzunmüddətli müharibə ilə birgə baş verərsə, bu, çöküşü sürətləndirəcək. Rusiya yalnız bu cür parçalana bilər, başqa variantın olacağını düşünmürəm”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*