Rusiyanın 2021-ci ildə qarşılaşacağı üç problem – Moskva necə davranacaq?backend

Rusiyanın 2021-ci ildə qarşılaşacağı üç problem – Moskva necə davranacaq?

2021-ci ildə Rusiya üç ciddi problemlə qarşılaşmalı olacaq.

KONKRET.az xəbər verir ki, Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının rəhbəri Puşkov Rusiyanın 2021-ci ildə qarşılaşacağı əsas problemləri sadalayarkən belə deyib.

O bildirib ki, koronavirus pandemiyasından çıxmaq, internet nəhənglərinin diqtəsi, həmçinin ABŞ-da və onun xarici siyasətində baş verə biləcək dəyişikliklər Rusiyanın ən ciddi başağrıları olacaq.

“Birincisinin cavabı peyvəndləmə və əhalinin kütləvi immunitetinin artmasıdır”, – deyə o teleqram səhifəsində yazıb.

Senator qeyd edib ki, ikinci problemə cavab şəbəkədəki senzura əleyhinə qüvvəyə minmiş qanun və öz internet platformalarının inkişafıdır.

Puşkov “Üçüncü çağırışa cavab ABŞ-ın yüksək ehtimalla artan təzyiqinə qarşı çıxmaq qabiliyyətimizdən asılıdır”, – deyə fikir irəli sürüb.

Senatorun fikrincə, ABŞ administrasiyası ilə ayrı-ayrı məsələlər, o cümlədən START-III və İran üzrə mümkün dialoq məhdud xarakter daşıyacaq və münasibətlərin əsas məzmununa təsir göstərməyəcək. (bizim.media)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*