Rusiyanın bu radiosunda gözlənilməz səs: Nüvə şübhəsi yarandı – VİDEObackend

Rusiyanın bu radiosunda gözlənilməz səs: Nüvə şübhəsi yarandı – VİDEO

Rusiyanın “radio Sudnoqo dnya” kimi tanınan UVB-76 radiostansiyasının efirində gözlənilməz hadisə baş verib.

KONKRET.az Globalinfo.az-a istinadən bildirir ki, Teleqram kanallarının yaydığı məlumata görə, adətən monoton səs və qısa, şifrəli mesajlar ötürən radiostansiyada bu dəfə P. Çaykovskinin məşhur “Qu gölü” (“Lebedinoye ozero”) baletindən musiqi səslənib.

“Jujalka” ləqəbi ilə tanınan UVB-76 əsasən fasiləsiz fon siqnalı və nadir hallarda məna etibarilə izah olunmayan kodlaşdırılmış mesajlar yayımlaması ilə məşhurdur. Radiostansiyanın fəaliyyətində baş verən bu cür dəyişikliklər hər zaman ictimaiyyət və mütəxəssislər arasında maraq və müxtəlif ehtimallar doğurur.

Ekspertlər və müşahidəçilər arasında UVB-76-nın Rusiyanın avtomatik cavab nüvə zərbəsi sistemi olan “Perimetr”lə əlaqəli ola biləcəyi haqda fikirlər mövcuddur. Lakin bu iddialar rəsmi qurumlar tərəfindən indiyədək təsdiqlənməyib.

Qeyd edək ki, UVB-76-nın efirində qeyri-adi səslərin və ya musiqinin yayılması daha əvvəl də qeydə alınıb və bu cür hallar adətən geniş müzakirələrə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*