Rusiyanın buna hüququ yoxdur – Stoltenberqbackend

Rusiyanın buna hüququ yoxdur - Stoltenberq

İnanırıq ki, Rusiya NATO-ya daxil olmaq istəyən müəyyən ölkələrə təsir göstərmir, çünki söhbət suveren dövlətlərdən gedir.

KONKRET.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq bildirib.

“NATO-ya qoşulma məsələsi birbaşa namizəd ölkənin özünə və NATO-ya aiddir, Rusiyanın buna müdaxilə etmək və ya qarşısını almaq hüququ yoxdur”, – Stoltenberq deyib.

O, alyansın Gürcüstan və Ukrayna ilə əlaqələrinə də münasibət bildirib:

“Gürcüstan NATO-ya üzv olmaq istəyir və Rusiya bunun qarşısını ala bilməz. Gürcüstan NATO-ya qoşulur, ya yox – bu məsələ yalnız Tiflis və alyansa aiddir. NATO bu ölkələri dəstəkləyir, yardım edir”.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*