Rusiyanın hədələdiyi milyarderdən qəribə paylaşım: “Müəmmalı şəkildə ölsəm…”backend

Rusiyanın hədələdiyi milyarderdən qəribə paylaşım: "Müəmmalı şəkildə ölsəm..."

İlon Mask “Twtitter”-də diqqətçəkən açıqlama verib. Milyarder iş adamı bu dəfə öz ölümündən danışıb.

KONKRET.az xəbər verir ki, Ukrayna müharibəsi ilə bağlı paylaşımlarına görə Rusiyanın hədəflərindən biri olan İlon Maskın bu paylaşımı həm qəribə, həm də ürküdücü olub. Ölümü barədə danışan Maskın paylaşımı yüz minlərlə insanın diqqətini bu mövzuya çəkib.

“Əgər müəmmalı şəkildə ölsəm, sizi tanımaq xoş idi”,- deyə Mask qeyd edib. Maraqlısı budur ki, İlon Mask niyə belə bir şey yazdığına dair heç bir açıqlama verməyib.

Bəzi təxminlərə görə, Mask belə bir paylaşımı Rusiya-Ukrayna müharibəsi ilə bağlı tez-tez paylaşdığı fikirlərinə görə aldığı təhdidlərə istinad edərək edib. İlon Maskın ona yönələn təhdidlərə görə etdiyi paylaşım anası Mey Maskı çox narahat edib. Oğlunun paylaşımına cavab verən ana Mask “Bu gülməli deyil” deyib. Bu şərhə cavab verən milyarder iş adamı isə “Bağışlayın! Sağ qalmaq üçün əlimdən gələni edəcəyəm” deyə fikrini bölüşüb.

Xatırladaq ki, İlon Maskın ölümlə bağlı paylaşımı minlərlə insanın diqqətini çəkib və onlar bu mövzu haqqında öz fikirlərini yazıblar. Bəzilərinin fikrincə, bu paylaşım İlon Maskın zarafatlarından biri olub. Digərləri isə milyarderin öz həyatına təhlükə ehtimalı ilə bağlı yazdığı bu yazını olduqca ciddi qəbul ediblər. Ancaq İlon Maskın ölümünü istəməyən şəxslərin və milyarder iş adamına dəstək verənlərin sayı az olmayıb.

Xatırladaq ki, ötən gün İlon Mask Rusiya məmuru – “Roskosmos”un rəhbəri Dmitri Roqozin tərəfindən də hədələnmişdi. Roqozin Mariupolda Azov döyüşçülərinə “Starlink” avadanlıqlarının çatdırılmasına münasibət bildirərkən deyib ki, “İlon Mask da faşistlərin təchizatında iştirak edir və buna görə ağır formada cavab verməli olacaq”.//Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*