Rusiyanın qanuni maraqlarına cavab verərsə, Moskva Ukraynadakı münaqişənin nizamlanmasına dair bütün ciddi təklifləri nəzərdən keçirəcək.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Myanmanın xarici işlər naziri Than Sve ilə danışıqlar zamanı bildirib.
“Biz yerli reallıqları və Rusiyanın əsas maraqlarını nəzərə alan istənilən ciddi təklifləri nəzərdən keçirməyə hazırıq”, – nazir deyib.
Diplomatın sözlərinə görə, bəzi ölkələr artıq Rusiyaya Ukraynadakı münaqişənin həlli üçün “görünür, səmimi motivlərlə bağlı” təşəbbüslər göndəriblər”.
Lavrov sonda onu da qeyd edib ki, “Moskva Myanma dostlarının Ukraynada baş verənlərlə bağlı çəkili, balanslı, obyektiv mövqeyini yüksək qiymətləndirir”.
Ariz Həsənoğlu,
KONKRET.AZ