Rusiyanın endirdiyi raket zərbəsi Dnepr şəhərində yerləşən TeaHouse çay fabrikinə ciddi ziyan vurub.
KONKRET.az xəbər verir ki, şirkət baş verənləri ağır sınaq adlandırsa da, fəaliyyətini davam etdirməkdə qətiyyətlidir:
“Bu, TeaHouse üçün ciddi bir sınaqdır, lakin biz irəliləməkdə qəti qərarlıyıq: itkiləri qiymətləndiririk və bərpa imkanlarını araşdırırıq. Hazırda icmamızın dəstəyi bizim üçün xüsusilə vacibdir, çünki birlikdə daha güclüyük”, – deyə rəsmi açıqlamada bildirilib.
Fabrikin əməkdaşları arasında xəsarət alanların olub-olmadığı dəqiqləşdirilir. TeaHouse — həm ölkə daxilində, həm də xaricdə məhsullarını təqdim edən tanınmış Ukrayna çay brendidir.
Natiq Səlim,
KONKRET.az