Ruslan Məmmədov vəzifədən niyə azad edildi? – Özü açıqladıbackend

Ruslan Məmmədov vəzifədən niyə azad edildi? – Özü açıqladı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad edilmə səbəbini açıqlayıb.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Səhhətimlə əlaqədar olaraq, aprelin 1-dən öz xahişimlə İmişli Rayon İcra Hakimiyyəti başçının müavini, sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən ayrılmışam. Yaxın dostlar, çevrəm bundan xəbərdardır. Hazırda ev şəraitində müalicə alıram. Bir neçə gündən sonra əməliyyat olunacam”, – o bildirib.

Qeyd edək ki, Ruslan Məmmədov 2024-cü ilin may ayında sözügedən vəzifəyə təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*