Ruslan Məmmədov vəzifəsindən azad olundubackend

Ruslan Məmmədov vəzifəsindən azad olundu

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən azad olunub.

KONKRET.az xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətindən məlumatı Teleqraf-a təsdiqləyiblər.

Bildirilib ki, o, başqa işə keçib.

R.Məmmədov bu səbəbdən bir müddət əvvəl İcra Hakimiyyətindəki işindən ayrılıb.

Xatırladaq ki, tanınmış jurnalist olan R.Məmmədov “ANS TV” və “Avto FM” radiosunda bir sıra vəzifələrdə işləyib.

O, daha sonra Dövlət Məşğulluq Agentliyinin Media və informasiya təminatı şöbəsində baş mütəxəssis, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.

2024-cü ilin may ayında İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini – Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*