Ruslar haqqında zarafat edən komediyaçı Mirzəlizadə Rusiyadan çıxarılırbackend

Ruslar haqqında zarafat edən komediyaçı Mirzəlizadə Rusiyadan çıxarılır

Ruslar haqqında zarafat edən və buna 10 gün inzibati həbs cəzası çəkən stend-up komediyaçı İdrak Mirzəlizadənin “ölkədə olmasını ömür boyu arzuolunmazdır”.

KONKRET.az-ın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi bəyanatında deyilir.

“İctimai çıxışında İdrak Mirzəlizadə, ruslara qarşı nifrət və düşmənçiliyi qızışdıran, insan ləyaqətini alçaldan ifadələrə yol verib. Bununla əlaqədar olaraq, onun Rusiya Federasiyasında olması ictimai asayişi, başqalarının hüquqlarını və qanuni maraqlarını təhdid edən kimi tanınır. Təqdimat formasından asılı olmayaraq, millətlərarası münasibətlərin sabitliyini pozmağa yönələn ifadələr yolverilməzdir”, – qurumun yaydığı məlumatda qeyd olunur.

İyulun 30-da YouTube -da “Razqonı” yumoristik verilişinin efirində Mirzəlizadənin zarafatına görə inzibati iş qaldırılıb. Komediyaçı Rusiya İnzibati Xətalar Məcəlləsinin 20.3.1 (“Nifrət və ya düşmənçiliyə təhrik, habelə insan ləyaqətinin alçaldılması”) maddəsini pozmaqda şübhəli bilinir.

Avqustun 9 -da Moskvanın Tagansky Rayon Məhkəməsi komediyaçıya hökm oxuyub. Ruslarla zarafat edən Mirzəlizadə on günlük inzibati həbs alıb. Daha sonra Moskva Şəhər Məhkəməsi bu qərarı qanuni elan edib.

Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*