Ruslara 14 min dollara vətəndaşlıq TƏKLİF OLUNURbackend

Ruslara 14 min dollara vətəndaşlıq TƏKLİF OLUNUR

Getdikcə daha çox Rusiya vətəndaşı ölkəsini tərk etməyə və başqa respublikalarda yaşamaq imkanı əldə etməyə çalışır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstan səfərbərlikdən və digər əlaqəli hadisələrdən qaçan ruslar üçün ən populyar ölkələrdən birinə çevrilib.

Məlumata görə, artıq Rusiyada Qırğızıstan pasportunu almağı təklif edən “sahibkarlar” peyda olub. Xidmət paketindən asılı olaraq, onlar 1500-14000 dollar arasında pul alırlar. Belə ki, vətəndaşlığın alınması prosesi üç aydan 18 aya qədər davam edir.

Qeyd olunub ki, 1991-ci ildən əvvəl sovet respublikalarından birində anadan olanlar üçün pasport almaq daha asandır.

Eyni zamanda, Qırğızıstan rəsmiləri vətəndaşlıq üçün bütün müraciətləri böyük diqqətlə yoxladıqlarını iddia edir və internetdə şübhəli elanlara inanmamağa çağırırlar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*