Saakaşvili qrafik üzrə qida qəbul edir və vəziyyəti stabildir – YENİLƏNİBbackend

Saakaşvili qrafik üzrə qida qəbul edirvəziyyəti stabildir - YENİLƏNİB

Keçmiş prezident Mixail Saakaşvili qrafik üzrə qida qəbul edir və vəziyyəti stabildir.

KONKRET.az xəbər verir ki, bunu həkimlər şurasının üzvü Nino Şaraşenidze deyib.

“Xəstə bütün müvafiq müalicələrdən keçir. Müvafiq müalicə taktikasını işləyib hazırlamışıq. Bu prosesə təkcə şura üzvləri deyil, respublika xəstəxanasının həkimləri və qastroenteroloq da cəlb olunub. Xəstə sxem üzrə qida qəbul edir”, – Şaraşenidze vurğulayıb.

Həkimin sözlərinə görə, Saakaşvili baş ağrılarından şikayətlənir, onun səhhəti diqqətlə izlənilir.

***

18:42

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 50 gündür davam edən aclıq aksiyasına son qoyub.

KONKRET.az xəbər verir ki, bu barədə siyasətçinin həkimi Nikoloz Kipşidze məlumat yayıb.

Bundan əlavə, keçmiş prezidenin reabilitasiyasının həkimlər şurasının nəzarəti altında aparılacağı dəqiqləşib.

Qeyd edək ki, Mixeil Saakaşvili ötən gün Tbilisidə saxlanıldığı Qldani həsxanasının klinikasından reanimobillə Müdafiə Nazirliyinin Qori şəhərindəki Giorgi Abramişvili adına hərbi hospitalına köçürülüb.

Xatırladaq ki, M.Saakaşvili bu ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Onun ölkəyə gizli yolla gəlməsi ilə bağlı 4 nəfər saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*