Saakaşvilinin anası: “Vəziyyəti çox pisdir, bir dəri, bir sümük qalıb”backend

Saakaşvilinin anası: "Vəziyyəti çox pisdir, bir dəri, bir sümük qalıb"

“Vəziyyəti kritikdir, ancaq sümükləri qalıb”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakşvilinin anası Giuli Alasaniya “Vivamed” klinikasında oğluna baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Faciəvi vəziyyətdir, oğlumun ancaq sümükləri qalıb”,- Alasaniya deyib.

Onun sözlərinə görə, Mixail Saakaşvili sabahkı məhkəmə prosesində iştirak edə bilməyəcək.

“Onun qabırğaları qabarıqdır və ümumiyyətlə mədəsi yoxdur, onurğa sütunu görünür. Hər gün qan köçürülür, bəs niyə halı pisləşir, niyə müalicə effekt vermir?

Görürsən ki, Qərbdən nə hərəkət, nə maraq var, onlar üçün bu, belə keçməyəcək. O, məhkəmədə iştirak edə bilməyəcək. Əvvəllər köməkçi vasitələrin köməyi ilə hərəkət edirdi, o qədər zəifdir ki, indi onlarla da yeriyə bilmir”, – deyə Alasaniya bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*