Saakaşvilinin zəhərlənməsi TƏSDİQLƏNDİbackend

Saakaşvilinin zəhərlənməsi TƏSDİQLƏNDİ

Həbsdə olan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin səhhəti ilə bağlı tibbi rəyin təhlili onun zəhərlənməsini göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə ekspertizanı aparan “Empati” qeyri-hökumət təşkilatının rəhbəri Mariam Cişkarani bildirib:

“Tibbi rəy 188 səhifədən ibarətdir, 3 min sənəd də araşdırılıb. Sənədlərə əsasən belə qənaətə gəlirik ki, onun səhhətinin pisləşməsinin səbəbi, böyük ehtimalla, zəhərlənmədir”.

Onun sözlərinə görə, keçmiş prezidentin orqanizmində civənin səviyyəsi 42%-i keçib.

Cişkarani qeyd edib ki, Saakaşvilinin səhhəti ilə bağlı bütün məlumatlar Gürcüstan Prezidentinin administrasiyasına ötürülüb.

Xatırladaq ki, bundan əvvəl Saakaşvilinin vəkili Valeri Qelbaxiani onun ağır metallarla, o cümlədən civə ilə zəhərlənməsi barədə məlumat verib. Gürcüstan hökuməti isə Saakaşvilinin mümkün zəhərlənməsi ilə bağlı vaxtından əvvəl nəticə çıxarmaqdan çəkinməyə çağırır və ayrıca toksikoloji ekspertiza keçirməyi planlaşdırır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*