Saatlıda toy məclisi təşkil edən şəxslər cərimələndibackend

Saatlıda toy məclisi təşkil edən şəxslər cərimələndi

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Qazanbatan kənd sakini Arif Məmiyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə toy məclisi təşkil etdiyi müəyyən edilib.

A.Məmiyev və məclis iştirakçılarından 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*