ŞAD XƏBƏR: Bu məhsullar ucuzlaşacaqbackend

ŞAD XƏBƏR: Bu məhsullar ucuzlaşacaq

2025-ci ilin yekunlarına görə Rusiya rublu dollara nisbətdə ən çox bahalaşan valyuta olub. 2024-cü ilin dekabrı ilə müqayisədə rublun ABŞ dolları qarşısında məzənnəsi təxminən 31% möhkəmlənib. Bu dinamika Rusiyadan idxal olunan məhsulların qiymətlərində ucuzlaşma gözləntilərini gündəmə gətirib. Maraqlıdır, Rusiyadan idxal olunan məhsulların qiymətində ucuzlaşma gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Kənan Quluzadə bildirib ki, iqtisadi nəzəriyyəyə əsasən milli valyutanın möhkəmlənməsi idxal xərclərini azaldır və bu, qiymətlərə aşağı istiqamətli təzyiq yaradır.

“Rublun bahalaşması rus istehsalı olan məhsulların xarici bazarlara daha münasib qiymətlə çıxmasına imkan verə bilər”.

Lakin iqtisadçı vurğulayıb ki, real iqtisadi şərait bu mexanizmin tam işləməsinə mane olur.

“Birincisi, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar idxal və ixrac kanallarını məhdudlaşdırıb, alternativ logistika marşrutları isə əlavə xərclər yaradır. İkincisi, gömrük rüsumları, nəqliyyat xərcləri və maliyyə riskləri valyuta üstünlüyünün qiymətlərə tam ötürülməsinin qarşısını alır. Üçüncüsü, pərakəndə bazarda qiymətlərin dəyişməsi adətən gecikmə ilə baş verir”, – deyə Kənan Quluzadə qeyd edib.

İqtisadçının fikrincə, rublun möhkəmlənməsi Rusiyadan idxal olunan bəzi məhsullarda qiymət artımının zəifləməsinə və məhdud ucuzlaşmaya səbəb ola bilər. Lakin yaxın dövrdə kəskin və genişmiqyaslı qiymət enişi gözləmək real deyil.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*