“Sadəcə üzr yetərli deyil” – Putindən sərt reaksiyabackend

“Sadəcə üzr yetərli deyil” – Putindən sərt reaksiya

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərb şirkətləri Rusiyaya geri dönmək üçün müraciətlər edirlər. Lakin onun sözlərinə görə, sadəcə üzr istəmələri yetərli deyil və bu məsələyə praqmatik yanaşmaq lazımdır.

KONKRET.az xəbər verir ki, bu fikirləri Putin “Delovaya Rossiya” təşkilatının 20-ci Konqresində çıxışı zamanı səsləndirib. Prezident qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi verən həmin şirkətlər indi münasibətləri bərpa etmək istəyirlər.

“Eh, yox. Bu, qətiyyən kifayət deyil, indi bol-bol üzr istəyirlər. Mən onların çoxu ilə onilliklər ərzində danışmışam – ciddi, bacarıqlı, praqmatik və məqsədyönlü insanlardır, əsl rəqibdirlər… Əgər geri qayıtmaq lazımdırsa, üzr istəyəcəklər. Amma bütün məsələlərə praqmatik yanaşmalıyıq: əgər bu bizim üçün sərfəlidirsə, onları buraxmalıyıq, sərfəli deyilsə, verməmək üçün minlərlə səbəb tapmalıyıq. Və sizi əmin edirəm ki, bu səbəblərin 999-u ÜTT-nin tələblərinə tam cavab verəcək,” – deyə Putin vurğulayıb.

Dövlət başçısı həmçinin bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onların müəlliflərinə də ciddi zərbə vurur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*