Şadlıq evləri sizi bu yolla aldadır: İki vacib məqamı mütləq yoxlayın – VİDEObackend

Şadlıq evləri sizi bu yolla aldadır: İki vacib məqamı mütləq yoxlayın - VİDEO

Son günlər sosial şəbəkələrdə şadlıq evlərində baş verən mümkün fırıldaqlarla bağlı iddialar geniş müzakirə olunur.

KONKRET.az xəbər verir ki, bu dəfə məsələni TikTok istifadəçisi Kamal gündəmə gətirib.

O, paylaşımlarında bəzi şadlıq saraylarında toy sahiblərinin xəbəri olmadan menyuda və masa sayında müxtəlif manipulyasiyalar edildiyini vurğulayıb.

Onun sözlərinə görə, bəzi şadlıq evləri toy sahibləri ilə əvvəlcədən razılaşdırılan menyu və xidmətlərdə müxtəlif hiylələrə əl atırlar.

Kamal bildirir ki, adətən “gümüş”, “qızıl” adlı menyular təqdim olunur, lakin qiymətlər fərqli olsa da, yeməklərin tərkibi eynidir:

“İçkiləri əvvəlcədən göstərirlər, amma toy günü verilən içkilər tam dəyişir.

Ona görə administratorun otağında olan içkilərin şəklini mütləq çəkin.”

TikTok istifadəçisi həmçinin masaların və stulların sayında da bilərəkdən dəyişikliklər edildiyini deyib:

“Məsələn, xəritədə göstərilir ki, 10-cu masada 14 stul var, amma zalda 12 və ya 13 stul qoyurlar. Hər azaldılan stul şadlıq sarayına əlavə gəlir gətirir. Məsələn, 10 stul azaltsalar, bu, 500 manat fərq deməkdir.”

Onun sözlərinə görə, yeməklərin keyfiyyəti isə restoran rəhbərliyinin vicdanından asılıdır:

“Elə restoran var ki, keyfiyyətli xidmət göstərir və toydan sonra da müştəri cəlb edir. Amma eləsi də var ki, yeməyi pis verir, bir dəfə gələn ikinci dəfə ora qayıtmır.”

Kamalın fikrincə, toy sahibləri bu halların qarşısını almaq üçün əsasən iki vacib addım atmalıdırlar, administratorun otağındakı içkilərin şəklini çəkməli və stulların sayını diqqətlə yoxlamalıdırlar

Aynurə İsmayıl

KONKRET.az

@kamal__615Toy edənlər, sona kimi baxınki sonra sizi aldatmasınlar.♬ Very Sad – Enchan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*