İspaniyada anatomiya fənn müəllimi insan bədənində olan orqan və əzələləri göstərən xüsusi bir geyimdə sinifə daxil olub.
KONKRET. az xarici mediaya istinadən xəbər verir ki, Veronika Duke adlı müəllim insan anatomiyası dərsini uşaqlara əynindəki geyim vasitəsilə ətraflı izah edib. Şagirdlər müəllimi bu geyimdə gördükdə əvvəl təəccüblənsələr də sonra çox bəyəndiklərini etiraf ediblər.
15 ildir müəllim işləyən Veronika Duke geyimi internetdən onlayn sifarişlə alıb. O, insan orqanlarını təsvir edən bu paltarın uşaqların diqqətini çəkəcəyini düşünüb.
Sözügedən dərsi müəllimin həyat yoldaşı lentə alıb və Twitter hesabında paylaşıb.
Video 65 mindən artıq insan tərəfindən bəyənilib və 13 min nəfər görüntünü öz hesabında paylaşıb.
Hazırladı: Günel Museyib