Şahdağ otellərində istirahət MALDİV ADALARINDAN bahadır? – MÜQAYİSƏbackend

Şahdağ otellərində istirahət MALDİV ADALARINDAN bahadır? - MÜQAYİSƏ

Yeni il ərəfəsində Azərbaycanda daxili turpaketlərdə müşahidə olunan qiymət artımı normal qarşılanır:

– 31 dekabrdan 2 yanvara kimi Qusar-Şahdağ turlarının qiyməti 179 manatdır;

– 31 dekabrdan 1 yanvara kimi Quba-Şahdağ turlarının qiyməti 85 AZN;

– Bir günlük turlar cəmi 3-5 manat bahalaşıb;

– Şahdağ otellərində turpaket 3 min 500 AZN;

– Türkiyənin turizm bölgələrinə 1 nəfərlik gediş-gəlişli bilet 800 AZN, mehmanxana rezervasiyası ilə 2 min 500 manatdır;

– Gürcüstana 1 nəfərlik səfər və qayıdış 750 manatdır. Yaşayış məsrəfləri bu məbləğə daxil deyil;

– Moskvaya bilet 1000-1200 AZN, Rusiya paytaxtında 29 dekabr-2 yanvar aralığında 4 günlük turun qiyməti isə 1 500 manatdır.

KONKRET.az müşahidələrinə görə buradan belə bir nəticəyə gəlmək olar ki, Şahdağ mehmanxanaları Türkiyənin turizm regionlarında və Moskvadakı otellərdən bahadır. Bu dəfə Türkiyə-Rusiya və Azərbaycan arasındakı minimum əmək haqqı fərqindən bəhs etməyəcəm.

– Moskvadan Birləşmiş Ərəb Əmirliklərinə 1 həftəlik istirahət 617 manatdan başlayır;

– Misirə 1 həftəlik səyahət 740 AZN-dən start götürür.

Ümumiyyətlə, Rusiyadan xaricə uçmaq bu ölkənin özündə istirahətdən daha sərfəlidir. Yəni ruslar öz bölgələrində 4 günlük istirahət üçün otel və avireys daxil min manat sərf etməkdənsə, üstünə 700 də qoyub Maldiv (1700 AZN) adalarında bir həftə dincəlirlər. Belə deyək, Şahdağ otellərinin (3 500 AZN) bir turpaketinə xərclənən pulla iki dəfə Maldiv adalarına səyahət edib toplam 2 həftə istirahət etmək mümkündür.

KONKRET.az-ın Araşdırma Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*