Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL – FOTObackend

Sahibkarla Bakı Baş Gömrük İdarəsi arasında QALMAQAL - FOTO

“Lion Centre” MMC ilə Bakı Baş Gömrük İdarəsi arasında qalmaqal yaşanır.

KONKRET.az xəbər verir ki, bu barədə Musavat.com-a müraciətində MMC-nin direktoru Ramil Aslanov deyib.

R. Aslanov iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov tərəfindən onun sahibkarlıq fəaliyyətinə qəsdən maneələr yaradılır.

Sahibkar öz iddiasında bildirir:

“Hazırda 24.04.2025-ci il tarixli OKS2025000000062 saylı invoys üzrə 01251000204009 saylı gömrük bəyannaməsi və 10.02.2025-ci il tarixli PL658 invoys üzrə 01251000197015 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallarımın buraxılışı gecikdirilir. “Lion Centre” MMC-nin iflasa uğramasına dair haqsız tədbirlər həyata keçirilir.

Burada Bakı Baş Gömrük İdarəsinin mənə qarşı süni əngəl yaradılması faktı şər-böhtanlarla “Lion Centre” MMC-nə qarşı maneəçilik yaratmaqları açıq aşkar özünü əks etdirir və sübuta yetirir.

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov ilə birgə kompaniya tipli təzyiq formasına qoşulması açıq aşkar göz önündədir və buda bir daha sübuta yetirilir. Belə ki, xeyli vaxt keçməsinə baxmayaraq ölkəyə idxal etdiyim mallar gömrükdən buraxılmır və qəsdən anbarda saxlanılaraq dəfələrlə sayım prosesi həyata keçirilib. Bu yolla uydurma əsassız qiymətlərlə mənə təzyiq edərək artıq pul ödəməyə məcbur edirlər. Həmçinin məhsulların sıradan çıxmasını, satış təsvirinin pozulması ilə mənim biznes nüfuzumu zədələməyi planlaşdırırlar”.

Bir müddətdir Ramil Aslanov gömrük orqanlarında üzləşdiyi problemlərlə bağlı məhkəmələrə və mətbuata müraciət edir. O, bəzi məmurların fəaliyyətini qəsdən pozduğunu və ona süni maneələr yaratdığını iddia edir.

Qeyd edək ki, sahibkarla Gömrük Komitəsi arasında xeyli vaxtdır qalmaqal yaşanır. Bu məsələlərlə bağlı bir neçə gün əvvəl Gömrük Komitəsi rəsmi açıqlama yayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*