Şahmat Olimpiadası: Millimiz mübarizəni dayandırdıbackend

Şahmat Olimpiadası: Millimiz mübarizəni dayandırdı

Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada çıxışını başa vurub.

KONKRET.az xəbər verir ki, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət kollektiv üçüncü yarış günündə ardıcıl olaraq, Sloveniya, Misir və Fransa ilə qarşılaşıb.

İlk oyunda 4,5:1,5 hesablı qələbə qazanan yığma ikinci görüşdən də üstün ayrılıb – 4:2. Azərbaycan şahmatçıları son qarşılaşmada isə Fransa ilə heç-heçə ediblər – 3:3.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Azərbaycan yığması qrup mərhələsini 3-cü pillədə tamamlayaraq, pley-offa vəsiqə şansını itirib. Qrupda ilk sıranı 16 xalla Hindistan, ikinci yeri isə 1 xalla Macarıstan tutub. Hər iki komanda növbəti mərhələyə adlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*