Şahzadə Harri 25 nəfəri öldürdüyünü AÇIQLADIbackend

Şahzadə Harri 25 nəfəri öldürdüyünü AÇIQLADI

Böyük Britaniya şahzadəsi Harri 2012-2013-cü illərdə Əfqanıstanda xidmət edərkən “Taliban” terror hərəkatının 25 üzvünü öldürdüyünü etiraf edib.

KONKRET.azThe Telegraph” nəşrinə istinadən xəbər verir ki, bu barədə o, özünün “Spare” (“Ehtiyat”) adlı memuarında qeyd edib.

II Elizabetin nəvəsi etiraf edib ki, öldürülən 25 talibançının sayı onu narahat etmir. O, “Taliban”ı bəşəriyyətin düşmənləri hesab edir.

Onun yanvarın 10-da işıq üzü görəcək “Spare” xatirə kitabı ölkə gündəmini zəbt edib. 15 dildə nəşr olunacaq kitabın nüsxələrinin sızdırıldığı və İspaniyada satışa çıxarıldığı iddia edilib.

Qeyd edək ki, Şahzadə Harri Britaniya kralı III Çarlz və onun keçmiş həyat yoldaşı Diananın kiçik oğludur. Çarlz və Diana 1996-cı ildə boşanıblar. Diana öləndə onun böyük oğlu Uilyam 15, Harri isə 12 yaşında olub. 2006-cı ildə Harri Britaniyanın Sandhurst Kral Hərbi Akademiyasını bitirib, 2008-ci ildə isə Əfqanıstanın Helmand əyalətində 10 həftə gizli döyüşüb. O, həmçinin 2012-ci ilin sentyabrından 2013-cü ilin yanvarınadək Əfqanıstanda döyüş əməliyyatlarında iştirak edib.

İqbal Rzayev,

KONKRET.az

  • Vuqar
    Yanvar 6, 2023 - 14:04

    Boş-boş reklam xatirinə yazılardı o ki qaldı 25 nəfəri qətlə yetirməyə onuda çox güman ki əsir alınmış talibancilari güllələyə bilərdi muqvimətsiz-zadsiz! Avropa adamlarını bizə tanımayıb onların 99% qorxaq və insanı hisslərə malik adamlardı!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*