Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verildibackend

Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verildi

Dekabrın 10-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Sakit Okean Alyansına (SOA) üzv ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirləri ilə görüş keçirilib.

KONKRET.AZ-ın məlumatına görə, XİN-dən bildirilib ki, görüşdə Azərbaycan tərəfindən xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti, SOA tərəfindən isə Meksika, Çili və Kolumbiyanın ölkəmizdəki səfirləri iştirak ediblər.

Görüş zamanı Azərbaycanın Alyansa üzv ölkələrlə qarşılıqlı siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğu vurğulanı, nəqliyyat və turizm sahələrinin potensialı haqqında məlumat verilib. Ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit yüklərin daşınmasında strateji nəqliyyat qovşağı olduğu ifadə edilib. Bu baxımdan Azərbaycanın SOA və müşahidəçi dövlətlərlə əməkdaşlıq etməyə hazır olduğu vurğulanıb.

SOA-ya üzv ölkələrin səfirləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını  vurğulayaraq iqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişafı üçün müvafiq qurumlarla praktiki layihələr üzərində müzakirələrə hazır olduqlarını bildiriblər.

Tədbirdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Görüşdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, 4-6 iyul 2019–cu il tarixlərində Xarici İşlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Peru Respublikasına səfəri zamanı Azərbaycan Sakit Okean Alyansında (SOA) müşahidəçi statusu alıb. SOA Çili, Kolumbiya, Meksika və Peru tərəfindən yaradılmış, 57 ölkənin müşahidəçi statusunda iştirak etdiyi Latın Amerikası ticarət blokudur. Birlikdə 210 milyon nəfər əhaliyə və dünya miqyasında 8-ci yerdə olan ÜDM-yə malik bu ölkələr malların, xidmətlərin, kapitalın və insanların tam inteqrasiyası məqsədilə bir araya gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*