“Şakro Molodoy”a görə həbs edilən polis rəisi müharibəyə göndərildibackend

“Şakro Molodoy”a görə həbs edilən polis rəisi müharibəyə göndərildi

2021-ci ildə qanuni oğru Zaxari Kalaşovdan (Şakro Molodoy) rüşvət aldığına görə on il müddətinə azadlıqdan məhrum edilən keçmiş polis rəisi Aleksey Kramarenko həbsdən azad edilərək müharibəyə göndərildi.

KONKRET.az xəbər verir ki, Moskva İstintaq Komitəsində rüşvət almaqda təqsirli bilinən Rusiya İstintaq Komitəsinin keçmiş polkovniki Aleksey Kramarenko Ukraynaya qarşı müharibəyə getmək üçün əfv olunub. Məlumatı Kramarenkonun tanışı təsdiqləyib.

Kramarenko altı ay bundan qabaq Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Şərti azadlığa buraxılmadığı üçün o, müharibəyə getməli olub. Kramarenko hücum dəstəsinin komandiri təyin edilib. Hazırda onun müqaviləsi başa çatır. Vəkil İvan Mironov iddia edir ki, keçmiş müstəntiq dekabrda müharibədən qayıtmalıdır.

Kramarenko İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin Mərkəzi İnzibati Dairə üzrə istintaq şöbəsinin keçmiş rəisidir. Müstəntiqlərin sözlərinə görə, o, Moskva İstintaq Komitəsinin bir neçə digər əməkdaşı kimi bu pulu kriminal rəhbərin iki şəriki – Andrey Koçuykov və Eduard Romanovun həbsdən azad edilməsi müqabilində alıb.

Onlar 2015-ci ilin dekabrında Moskvada baş verən atışmadan sonra pul tələb etdikləri üçün həbs ediliblər. Həbsdən 6 ay sonra istintaq ittihamı xuliqanlıqdan özbaşınalığa tövsif edib.

Qeyd edək ki, jurnalist Anna Politkovskayanın qətlinin təşkilatçılarından biri, 2014-cü ildə 20 il müddətinə azadlıqdan məhrum edilmiş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş əməliyyatçısı Sergey Hacıkurbanov koloniyadan vaxtından əvvəl azad edilərək müharibəyə göndərilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*