Salome Zurabişvili yeni ofisində ilk çıxışını etdibackend

Salome Zurabişvili yeni ofisində ilk çıxışını etdi

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirdiyi brifinqdə yeni ofisini təqdim edib və orada “prezident funksiyalarını” yerinə yetirməyə davam edəcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb: “Bu gün mən sizi Orbel sarayının (prezident iqamətgahı) davamı olan yeni ofisdə salamlamaq istəyirəm. Burada həmin iqamətgahın ruhu var və prezidentin funksiyaları burada davam edəcək”, – deyə Zurabişvili bildirib. Onun sözlərinə görə, ölkə dərin böhran içindədir. Çıxış yolu yalnız  parlament seçkilərinin təyin edilməsidir. Zurabişvili Gürcüstan əhalisi ilə görüşəcəyini, xüsusən yanvarın 10-da ölkənin qərbindəki Zuqdidi şəhərinə gedəcəyini bildirib: “Mən prezidentəm və prezident olaraq da qalacam”. Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini tanımır və özünü yeganə legitim prezident hesab edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*