Salyanda ölümlə nəticələnən yol qəzası baş verdibackend

Salyanda ölümlə nəticələnən yol qəzası baş verdi

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında 1 nəfər sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*