Salyanda qəza: yaralılar varbackend

Salyanda qəza: yaralılar var

Salyanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə Aşağı Kürkənd kəndində, Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Cəngan kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüqar Qardaş oğlu və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir – red.) müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, digər yaralının xəsarəti yüngül olduğundan ilk tibbi yardımdan imtina edib.

Faktla bağlı araşdırma aparılır. Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*