Samuxda avtomobil körpüyə çırpılıb, xəsarət alanlar varbackend

Samuxda avtomobil körpüyə çırpılıb, xəsarət alanlar var

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az– ın məlumatına görə, hadisə rayonun Qiyaslı kəndində qeydə alınıb. Belə ki, hərəkətə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək, körpüyə çırpılıb. Qəza zamanı 19 yaşlı İlham Əliyev və 18 yaşlı Sənan Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*