Samvel Şahramanyanın Xankəndidən gətirdiyi avtomobili Paşinyan  hökuməti hərracda satacaq – DETALLARbackend

Samvel Şahramanyanın Xankəndidən gətirdiyi avtomobili Paşinyan hökuməti hərracda satacaq - DETALLAR

Ermənistan hökuməti Samvel Şahramanyana (Qarabağdakı separatçıların son “rəhbəri”) xidmət edən avtomobili elektron hərracda satmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan Armlur.am saytına müsahibəsində bildirib.

“Biz müsadirə qərarından apellyasiya şikayəti verdik. Prokuror bizə cavab verdi ki, şikayətimiz nə qədər əsaslı olsa da, nə qədər haqlı olsaq da, bu maşını qaytarmaq üçün göstəriş verə bilməz, çünki onun müstəntiqinin adından başqa müstəntiq gəlib, maşını müsadirə edib.

Yəni müstəntiq müstəntiqin maşınına həbs qoyub. Bu, demək olar ki, eşidilməyən, əslində absurd olan bir hadisədir.

Müstəntiqdən müsadirə haqqında göstəriş almışam. Qeyd olunur ki, Qarabağdakı separatçıların son “rəhbərinə” xidmət edən avtomobil Xankəndidən İrəvana aparılıb. Separatçıların “rəsmiləri” isə bu avtomobili Ermənistan Respublikası hökumətinə verməyib. Bu baxımdan onun istismar edildiyi üçün cinayət işi açılıb.

Bu tələbin heç bir hüquqi əsası yoxdur. Bu nə Müdafiə Nazirliyinin maşınıdır, nə də Ermənistan Respublikasının vəsaiti ilə alınmış maşındır.
Mən “Artsax prezidenti” (Samvel Şahramanyanı nəzərdə tutur) ilə əlaqə saxladım və öyrəndim ki, bir neçə ay əvvəl O, Ermənistan Respublikası hökumətini məlumatlandıraraq, bütün avtomobillərin nömrələrini sadalayıb, qondarma rejimə məxsus nəqliyyat vasitələrinin Ermənistan Respublikasına keçirildiyini və bu məsələni müzakirə etməyi təklif edib. Lakin bu məktuba heç kim cavab verməyib”, vəkil qeyd edib.

Yada salaq ki, iyunun 21-də polis xüsusi təyinatlıları separatçıların İrəvandakı xüsusi nümayəndəliyinin dəmir qapılarını sındıraraq içəri giriblər və “Artsax”ın sonuncu “prezidenti” Samvel Şahramanyana xidmət edən avtomobili ələ keçiriblər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*