Sarkisyana qarşı irəli sürülən ittiham AÇIQLANDIbackend

Sarkisyana qarşı irəli sürülən ittiham AÇIQLANDI

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusi külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Sarkisyana qarşı önləyici tədbir kimi başqa yerə getməmək seçilib.

Sabiq dövlət başçısının vəkili Amram Makinyan bildirib ki, Sarkisyan 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edən sahibkar Silva Hambardzumyanın işi üzrə məsuliyyətə cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*