Şəhid ailələri və qazilər “Azəriqaz” rəhbərliyinə müraciət etdibackend

Şəhid ailələri və qazilər “Azəriqaz” rəhbərliyinə müraciət etdi

“Azəriqaz” İstehsalat Birliyinin Bərdə rayonunun Güloğlular kəndində təşkil etdiyi “Açıq mikrofon” aksiyasına xeyli sayda vətəndaş qoşulub.

KONKRET.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, “Səyyar qəbul otağı”nın imkanlarından istifadə edən sakinlər “mavi yanacağ”ın olmamasından əziyyət çəkdiklərini bildiriblər.

Aksiyada iştirak edən şəhid ailələri və qazilər Birliyin rəhbərliyinə müraciət edərək qış mövsümünədək qazlaşmanın reallaşdırılmasını xahiş ediblər.

Qeyd edək ki, bu, sayca 11-ci “Açıq mikrofon” aksiyasıdır. İşlər bundan sonra da davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*