Şəkidə ağır qəza – 3 nəfər yaralandıbackend

Şəkidə ağır qəza - 3 nəfər yaralandı

Şəkidə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

KONKRET.az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini, 1968-ci il təvəllüdlü Oqtay Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobillə Seymur Salamovun idarə etdiyi “Mercedes” markalı avtomobill toqquşub.

Nəticədə 55 yaşlı Oqtay Məmmədov, onun həyat yoldaşı 45 yaşlı Aynur Məmmədova və “Mercedes”in sürucüsü Seymur Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

  • Məcid
    May 27, 2023 - 00:17

    Həmin vaxt mən də şəhər istiqamətinə doğru gedirdim çox pis oldum.Allah yaralılara şəfa versin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*