Şəmkirdə 51 yaşlı kişi bıçaqla özünə xəsarət yetirib.
KONKRET.az xəbər verir ki, rayonun Qaçaq Nəbi küçəsində yaşayan 1970-ci il təvəllüdlü R.Qəhramanov qarnın kəsilmiş deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Onun ruhi əsəb xəstəsi olduğu bildirilib.