Şəmkirdə üç nəfər çayda boğuldu – YENİLƏNDİbackend

Şəmkirdə üç nəfər çayda boğuldu

Xəbər verildiyi kimi, Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

KONKERT.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.

****

Şəmkir rayonunda 3 nəfər çayda boğulub.

KONKRET.az xəbər verir ki, hadisə Şəmkirçayın Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hazırda batan şəxslərin kimliyi dəqiqləşdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*