Şəmsəddin Xanbabayev obyektlərini satışa çıxartdı – FOTOLARbackend

Şəmsəddin Xanbabayev obyektlərini satışa çıxartdı - FOTOLAR

Xaçmaz Rayon İcra hakimiyyətinin sabiq başçısı, YAP-ın rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev bir neçə obyektini satışa çıxarıb. KONKRET.az-ın əldə etdiyi məlumata görə, Gəndob-Yalama yolunun Xaçmaz şəhərindən keçən hissəsindəki “Çənlibel” parkında yerləşən 3 restoran, Saat qülləsi, “İlandağ” restoran kompleksi ümumilikdə 3 milyon manata, Xaçmaz-Xudat yolunun sağ tərəfində yerləşən 3 mərtəbəli iaşə obyektlərinin ümumi qiyməti isə 1 milyon manat civarında dəyərləndirilib. Sonuncu obyektin müqavilə əsasında adını bilmədiyimiz fiziki şəxsdə icarədə olmasına baxmayaraq, Şəmsəddin Xanbabayev həmin sahibkara obyekti təcili boşaltma tapşırığı verib. Bu səbəbdən mağazada olan geyim və mebel malları yarı qiymətinə satışa çıxarılıb.

Hələlik qeyd edilən obyektlərın satışı ilə bağlı ciddi müştəri tapılmayıb.

Qeyd edək ki, “Saat qülləsi” restoran kompleksi bu il inşa olunaraq istifadəyə verilmişdi.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*