Sənəd var, müharibəni Saakaşvili başladı – Kobaxidzebackend

Sənəd var, müharibəni Saakaşvili başladı - Kobaxidze

Keçmiş prezident Mixail Saakaşvili rejimi 2008-ci ilin avqustunda hərbi əməliyyatlara başlayıb və Gürcüstanın milli maraqlarına böyük ziyan vurub.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Bu gün o vaxtkı hökumətin imzaladığı bütün sənədləri xatırlamaq lazımdır. Orada Saakaşvili rejiminin müharibəyə başladığı qeyd edilir. Bu sənədlərdən qaçmaq mümkün deyil, onlar o dövrün hökumətinin müharibəyə başladığının, ölkəmizin milli maraqlarına ağır zərbə vurmasının təkzibolunmaz sübutudur. Bu, xəyanətdir”, – Kobaxidze bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*