Sənədsiz evlərlə bağlı MÜJDƏ: Hansı evlərə “kupça” veriləcək? – VİDEObackend

Sənədsiz evlərlə bağlı MÜJDƏ: Hansı evlərə "kupça" veriləcək? - VİDEO

Bir çox vətəndaş üçün problemə çevrilən məsələ – sənədsiz evlərlə bağlı yeni xəbər var. Paytaxtımızla yanaşı digər şəhər və rayonlarda belə evlərin inventarlaşdırılması davam etdirilir.
Hansı evlərin gələcəkdə sənədləşdirilə biləcəyi araşdırılır. Bakıda və bölgələrdə indiyə kimi nə qədər ev inventarlaşdırılıb? Hansı evlər bu prosesdən kənarda qalacaq?
KONKRET.az xəbər verir ki, “Xəzər Xəbər” məsələyə aydınlıq gətirib.
Sənədsiz evlərin uçota alınması və bununla bağlı problemlərin aradan qaldırılması işləri davam edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi Elşad Məmmədov bildirib ki, sənədsiz evlərin gələcəkdə sənədləşdirilməsinin mümkün olub-olmadığı bütün ölkə üzrə araşdırılır. Prosesə uyğun olaraq bölgələrdə 75 min daşınmaz əmlakın inventarlaşdırılması tamamalanıb.
Bəzi vətəndaşlar var ki, evləri təhlükəli ərazilərdə yerləşməsə də, sənəd almaqda çətinliklə üzləşirlər. Bununla bağlı yaşanan problemin də gələcəkdə həll olunması nəzərdə tutulub.
Elşad Məmmədov əlavə edib ki, pandemiya ilə bağlı yubanmalar olsa da, vəziyyətə uyğun olaraq inventarlaşdırma davam etdiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyev sənədsiz evlər probleminin həll edilməsi ilə bağlı 2015-ci ildə fərman imzalayıb. Bununla bağlı tədbirlər planı 2019-cu ildə təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları qurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*