Sentyabrda Bakıda II “Körfəz – Azərbaycan” İqtisadi Forumu keçiriləcəkbackend

Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının (GCC) Palatalar Federasiyası sentyabrın 25-26-da Bakıda II “Körfəz – Azərbaycan” İqtisadi Forumunu təşkil edəcək.

KONKRET.az bu barədə federasiyaya istinadən məlumat yayıb.

“Dayanıqlıq, investisiya, tərəfdaşlıq” adlanacaq forumun məqsədi Körfəz ölkələri ilə Azərbaycan arasında bir sıra perspektivli iqtisadi sahələrdə ticarət əlaqələrini inkişaf etdirməkdir”, – məlumatda bildirilib.

Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Körfəz Əməkdaşlıq Şurasının Baş Katibliyinin dəstəyi ilə təşkil olunacaq.

Federasiyanın prezidenti Faisal bin Abdullah Əl-Ravvas qeyd edib ki, forum Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi və inkişafının, o cümlədən iki tərəf arasında ticarət mübadiləsinin həcminin artırılmasının vacibliyini əks etdirir.

Onun sözlərinə görə, forumda ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, logistika və nəqliyyat, eləcə də iki tərəf arasında ticarət və investisiyaların artımını dəstəkləyən sektorlar da daxil olmaqla bir sıra iqtisadi sahələrdə əsas investisiya imkanları və birgə layihələr təqdim olunacaq.

Əl-Ravvas əlavə edib ki, 2023-cü ildə Körfəz ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,8 milyard ABŞ dollarına çatıb. Körfəz ölkələrinin Azərbaycan iqtisadiyyatına sərmayələri isə təxminən 7 milyard ABŞ dolları təşkil edib.

O qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları federasiyanı bu cür birgə tədbirlərin keçirilməsinə diqqət ayırmağa sövq edib.

Birinci “Körfəz – Azərbaycan” İqtisadi Forumu 2017-ci ildə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*