SEPAH İranda iki terrorçu qrupunu məhv edib.
KONKRET.az xəbər verir ki, terrorçular Sistan və Bəlucistan əyalətində intiharçıların iştirakı ilə hücumlar hazırlayırdılar. Onların planları regionda sabitliyi pozmaq və geniş miqyaslı zərər vermək məqsədi daşıyırdı.
Əməliyyat nəticəsində altı terrorçu məhv edilib, əlavə olaraq iki nəfər yaxalanaraq ədliyyə orqanlarına təhvil verilib. Bu, SEPAH-ın bölgədə terror fəaliyyətlərinin qarşısını almaq istiqamətində həyata keçirdiyi ardıcıl əməliyyatların bir hissəsidir.
Əməliyyat zamanı ev şəraitində hazırlanmış müxtəlif partlayıcı cihazlar və ümumi çəkisi 25 kiloqram olan partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib. SEPAH bu cür tədbirlərin davam edəcəyini və bölgədə təhlükəsizliyin təmin olunacağını açıqlayıb.
Natiq Səlim,
KONKRET.az